Futbol camiəsinə kədərli xəbər

“TNT Sports” və “Radio Itatiaia”nın braziliyalı jurnalisti Marselo Beçler bildirib ki, “Barselona”nın və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alvesin mətbuat xidməti vəkillə danışdıqdan sonra futbolçunun intihar etməsi xəbərini təkzib edib.

Onun sözlərindən “hampionship.com sitat gətiririb.

Bu barədə daha əvvəl braziliyalı jurnalist Paulo Albukerke yazıb.

Qeyd edilir ki, jurnalistin cəmi 11,7 min nəfə izləyicisi var.

“X” sosial şəbəkəsində 500 mindən çox izləyicisi olan “BBO Sports” hesabında Albukerkenin Alvesin ölümü ilə bağlı məlumatlarına istinad edilib. Lakin Braziliya mətbuatı hələlik bu məlumatı şərh etməyib.

22 fevral 2024-cü ildə Alves 2023-cü ilin dekabrında etdiyi əmələ görə – Barselonada gecə klubunun tualetində qıza təcavüz etməkdə təqsirli bilinib. Barselona Əyalət Məhkəməsi onu zərərçəkmişin xeyrinə 4,5 il həbs, 5 il sınaq müddəti və 150 ​​min avro pul cəzasına məhkum edib.

2023-cü ilin yanvarında qadınlardan biri zorakılıq ifadəsi ilə polisə müraciət etdikdən sonra Alves nəzarətə götürülüb./publika.az

xxx

04:44

“Barselona”nın və Braziliya millisinin sabiq müdafiəçisi, dünyanın ən titullu futbolçularından biri Dani Alves intihar edib.

Bu barədə braziliyalı jurnalist Paulo Albukerke məlumat verib.

O, “X” sosial şəbəkəsində “Dani Alveşin intihar etdiyi barədə məlumat aldım” deyə yazıb.

Hələlik rəsmi təsdiqin olmadığı qeyd olunur.

Qeyd edək ki, Dani Alves əvvəllər “Barselona” futbol klubunda oynayıb və bu klubda əksər kubokları qazanıb.

Hazırda dünyanın ən titullu futbolçusu Lionel Messidir, onun 44 kuboku var, Dani Alvesin isə 43. /publika.az

By